Yay mövsümündə Latviyanın "Air Baltic” aviaşirkəti Riqa-Bakı-Riqa birbaşa reysini bərpa edəcək. Bu barədə Trend-ə Latviyanın Nəqliyyat Nazirliyinin dövlət katibi Kaspars Ozolınş bildirib.
Ozolınş deyib: "Reys mayın 20-dən sentyabrın 7-dək həftədə iki dəfə həyata keçiriləcək”.
Təyyarə Riqadan Bakıya çərşənbə günü saat 23:45-də, bazar günləri isə saat 4:20-də ucaçaq.
Reys Azərbaycan aviaşirkəti ilə əməkdaşlıq çərçivəsində (kod-şerinq) yerinə yetirilir.
Kod-şerinqə görə, uçuşu həyata keçirən reys və onun tərəfdaşları eyni reysə yerləri öz adından satır, buna görə hər daşıyıcı bu reysdə öz koduna və nömrəyə, öz tariflərinə malikdir. Faktiki olaraq marşrut üzrə uçuşlar operator şirkətin bir təyyarəsi ilə yerinə yetirilir.
Ozolın deyib ki, bu, Bakı və ya Riqa vasitəsilə tranzit reysə bilet alan, yaxud bu aviaşirkətlərdən birinin bonuslarını toplayan sərnişinlər üçün sərfəlidir.
Dövlət katibinin sözlərinə görə, Riqa-Bakı-Riqa marşrutuna tələb mövsümi xarakter daşıyır və onun qış mövsümündə yerinə yetirilməsi gəlirli deyil. Ona görə də Bakı ilə Riqa arasında birbaşa reysin bütün il boyu həyata keçirilməsi planlaşdırılmır. Lakin aviaşirkət bazarın inkişafını diqqətlə izləyir və tələbin artacağı halda öz planlarına yenidən baxa bilər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !