Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib. Anarın APA-ya verdiyi məlumata görə, bu barədə qərar Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin dünənki toplantısında qəbul olunub: “Bu, yeni birlikdir. Nəzərdə tutulub ki, Türk Şurasına üzv olan ölkələrin yazarlar birlikləri arasında əlaqələr genişlənsin. Hazırda Türkiyədəyəm, fevralı 21-də Bakıya qayıdan kimi yeni yaranan birliyin mahiyyəti, əhəmiyyəti haqqında geniş məlumata verəcəyəm”. Qeyd edək ki, Konqresdə həmçinin xalq yazıçısı Anara “Balkanlar Türk Mədəniyyətinə Xidmət” ödülü də təqdim olunub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !