Yazıçı üçün qızıl qaydalar - Henry Millerdən

10:55 | 15.01.2014
Yazıçı üçün qızıl qaydalar - Henry Millerdən

Yazıçı üçün qızıl qaydalar - Henry Millerdən

Məşhur Amerika yazıçısı, rəssamı Henty Miller özü üçün 11 qayda müəyyən etmişdi. Bu ona 1932-33-cü illərdə “Qara yaz” romanı üzərində çalışarkən iş qrafikinə sadiq qalmaqdan ötrü lazım idi.Həmin qaydaların çoxu başqa yazıçılar üçün də gərəkli ola bilər:- Eyni zamanda bir neçə əsər üzərində işləmə, birini bitir, sonra.- Heç bir təzə kitaba başlama, “Qara yaz”a daha heç nə əlavə etmə.- Əsəbiləşmə, əlində nə varsa, üzərində səbrlə, həzz alaraq və geriyə baxmadan çalış.- Ovqatına yox, Qrafikinə uyğun işlə. Yalnız qrafikə uyğun yerdə dayan.- Yarada bilməyəndə başqa işlər görə bilərsən.- Adi insan həyatı yaşa. İnsanlarla ünsiyyətini kəsmə, harasa get, istəyirsən lap içki iç, əgər buna tələbat hiss edirsənsə.- Yazı yazmaq yük daşımaq deyil, yalnız bu prosesdən həzz alanda yaz.- Əgər ehtiyac hiss etsən, Qrafiki rədd elə. Amma səhər yenidən ona qayıt...- Gələcəkdə yazmaq istədiyin kitabları fikrindən çıxar. Yalnız yazmaqda olduğun kitab barədə düşün.
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti