Məhərrəm ZeynalovYazıçılar Birliyi - yaradıcı insanları birləşdirən, hörmət bəslənilən dövlət təşkilatıdır. Hərçənd çox az adam bilir ki, Yazıçılar Birliyinin qarşısında hansı əsas hədəflər dayanıb. Əfsus ki, həmin məsələlər yerinə yetirilmir. Çox az adam bilir ki, yazıçıların, rəssamların, bəstəkarların ittifaqları ədəbiyyata, rəssamlığa, musiqiyə nə qədər zərbə vurub.Uzaq 34-cü ildə, həmin il yenicə yaradılmış “NKVD”nin rəhbəri Henrix Yaqodanın təşəbbüsü ilə ittifaq yaradıldı. Ona kimi bütün SSRİ ərazisində bir çox yaradıcılıq birlikləri mövcud idi, bunlar partiyaya mane olurdular və ölkədə mərkəzləşdirmə nizamını nəinki hakimiyyət, həm də düşüncələr pozurdu.İdeya ondan ibarət idi ki, ya bütün ədəbi “krujka”lar ləğv edilməliydi, ya da onları İttifaqın qanadları altına almaq lazım idi. Əsas məsələ Yazıçılar Birliyinin strukturu məsələsi idi. O, partiya strukturunu tamamilə təqlid edirdi — katibliklə, idarəylə, qurultaylarla və başqa çox gözəl atributlarla. Amma hamı üçün həqiqətin təsviri metodu, belə desək, sosial realizm oldu. İncəsənətə zərbə dövlət tərəfindən bir neçə istiqamətdə nəzarət edilən ittifaqlardan gəldi.Hakimiyyətin “verkital”ı Yazıçılar Birliyini yaxşı təşkil etdi və qurum idarə edilən təşkilata çevrildi. Yəni faktiki olaraq, cəza aparatının bir hissəsinə çevrildi. Bu “uğur” ittifaqın yaradılmasından 3 il sonra qazanıldı. Yazıçılar Birliyinin funksiyası şəxsləri nəzarət altına almaq idi və xəbərçilik xarakteri daşıyırdı. Əgər mədəniyyət xadimlərindən kimsə arzuolunmaz şəxs elan olunardısa, rejim qarşısında "təqsirkar olardısa", bu zaman artıq Yazıçılar Birliyi öz “zəhər”ini tökməyə başlayırdı.Müttəfiq respublikalarda belə təqib o müəlliflərə qarşı yönəlirdi ki, onların yaradıcılığı milli xarakter daşıyırdı. Azərbaycanda onları "pantürkizm"də və "panislamizm"də ittiham edirdilər.Mikayıl Müşfiqin nümunəsində, Yazıçılar Birliyinin tanınmış ziyalıların, yazıçı və şairlərin qətlində əlinin olması bir faktdır.37-ci ilin martında o, Azərbaycan Yazıçılar Birliyinin plenumunda öz rübailərini ifa etdi və apreldə bu şeirlər "Literaturnaya qazeta"da dərc edildi. Və artıq həmin qəzetin növbəti nömrəsində şairin ünvanına kəskin ittihamedici tənqid dərc edildi. Çoxları bilirdi ki, belə tənqid - faktiki olaraq ölüm hökmü demək idi.Növbəti ilin yanvarında o, "xalqın düşməni" kimi ittiham edildi və bir ay sonra güllələndi.Bu qayda ilə böyük dramaturqumuz, şair və humanist Hüseyn Cavid Sibir həbsxanasında, ağır xəstəliklərdən həlak oldu. Tarixi faktlar göstərir ki, böyük şair sürgün illərində belə güclü insan olduğunu sübut edib, sona qədər günahsız olduğunu deyib və çox cəsarətli davranıb. 1937-ci ildə Əhməd Cavad və bir çox başqa ziyalılar da eyni aqibəti paylaşdılar – onların demək olar ki, çoxu güllələndi.Bundan başqa, ədəbiyyata və incəsənətə Yazıçılar Birliyinin daha dəhşətli zərbələri dəyib. Amma bu, elə də açıq-aşkar məsələ deyil. Bir çox ədəbiyyatşünaslar qeyd edirlər ki, Stalin dövründə praktik olaraq ədəbiyyatın şah əsərləri yaradılmayıb. Musiqi daha az ideolojiləşdirilmiş sahə olmasına baxmayaraq, o da payını aldı. Musiqi eksperimentləri qəbuledilməz idi. Bütün həyatı boyu ağır vəziyyətdə olan, ən çox musiqi eksperimentləri edən Dmitri Şostakoviç olub. Ədəbiyyatda olan adamları vasitəsilə, "yuxarıdan" endirilən təlimat vasitəsilə bir neçə dəfə ona bildirmişdilər ki: "sizin musiqinizi xalq başa düşmür".Rusiyada həmin illərdə çiçəklənmiş böyük rus poeziyası tamamilə yox oldu. Yeni dövrün şairləri yarıac-yarıtox yaşamırdılar, mənzillər və maaşlar alırdılar, amma artıq əsər yazmırdılar.Ən qorxulu məqamlar rəsm sənətində baş verdi. Bu gün sənətşünasların yüksək qiymətləndirdiyi rus avanqardı janr tamamilə məhv edildi. Abstraksionizm onilliklərlə zirzəmilərdə yaşadı və "rəsmi sənət"i kimi tanınmadı və bu hərəkatın əsas hərəkətverici qüvvəsi, sərgilər üçün yer ayırmayan Rəssamlar İttifaqı oldu.İncəsənətə dəymiş zərərin daha bir aspekti psixoloji idi. “Hər şey düzgündür" metodunun cəmiyyətə yeridilməsi mühitində ölüm qorxusu altında yaşamaq, yoxsulluq və Stalindən sonrakı dövrdə isə məcburi müalicəyə göndərilmə (psixiatrik müalicə müəssisəyə məcburi salma) – bütün bunlar yazıçının, rəssamın, rejissorun azad şəxsiyyət kimi inkişafına imkan vermirdi. Bu mənada Yazıçılar İttifaqının birinci sədri Maksim Qorkinin nümunəsi parlaqdır. Onu bu vəzifədə saxlamaq üçün əsərlərini xaricdə çapa verirdilər. O vaxt onun tək əməyi —"Klim Samqinanın Həyatı"dır. Yazılıb tamamlanmamışdı, əsərin qəhrəmanı isə artıq həmin faciəli 30-cu illərdə yaşayırdı. Amma sonrakı illərdə o, ortabab dahiyanə əsər yarada bilmədi.Kimsə çox gözəl sovet kinosunu xatırlaya bilər, amma bu kinonun yaranma tarixini və şəraitini də xatırlamaq lazımdır. Ondan başlamaq lazımdır ki, 60-70-ci illərə kinematoqrafiyanın, yeni qəbulların və bədii metodların tapılması, çiçəklənməsi dövrü kimi düşüb. Amma o dövrün yazıçılarının, rejissorlarının, aktyorlarının tərcümeyi-halından yaxşı görünür ki, o illərdə görülən yaxşı işlər sayəsində yox, nəyinsə ziddinə olaraq verilirdi və Yazıçılar Birliyinin buna heç bir dəxli yoxdur. Bu gün dövlətin ədəbiyyat xadimlərinə dotasiyaların, mənzillərin, təqaüdlərin, qonorarların verilməsi də çox böyük zərbə vurur. Başqa sözlə, bu yolla dövlət insanın o yerindən yapışır ki, axırı heç də yaxşı olmur. Bir neçə gün əvvəl rəssam Pyotr Pavlenskiy özünün o əzasını Qırmızı Meydanda simvolik olaraq mismarlaması kimi...
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !