“Yazıçılar Birliyinə hədiyyə olaraq verilmiş 9 mənzilin satılıb 36 yazar arasında bölünməsi ilə bağlı dünən ümumi razılıq əldə olundu”Bunu AzNews.az-a Yazıçılar Birliyini sədrinin müşaviri və mənzil məsələlərinə rəhbərlik edən Rauf Aslanov deyib. Onun sözlərinə görə, dünən “Abidə” Mənzil Tikinti Kooperativinin sədri Arif Mədətov Yazıçılar Birliyinə gəlib və birlik sədri Anar Rzayevlə görüşüb: “Dünən Arif müəllim Yazıçılar Birliyinə gəldi. Görüşdə Anar müəllim, Fikrət Qoca və mən iştirak etdim. İki saata kimi davam edən görüşdə belə qərara alındı ki, birliyə verilən 9 mənzil satılıb 36 yazar arasında bölünəcək. Arif Mədətov da Anar müəllimin qarşısında öhdəlik götürdü ki, yazıçıların mənzilinin satılmasında heç bir maneçilik törətməyəcək. Bundan başqa isə müqavilədəki 18 faiz aradan götürüldü. Evlər satıldıqca yazarlar arasında bölünəcək və onlar da həmin pula gedib şəhərin istənilən yerindən heç olmasa bir otaqlı ev alacaq. Onların çoxu kirayədə, yataqxanalarda qalır”.Xatırladaq ki, 9 mənzilli evin satılıb 36 yazar arasında bölüşdürülməsinə “Abidə” Mənzil Tikinti Kooperativi maneçilik törədirdi. Yazıçılar isə məsələnin həlli üçün piket keçirəcəyini bəyan etmişdilər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !