Yazın gəlməsinin dəqiq tarixi müəyyən edildi

20:09 | 18.03.2014
Yazın gəlməsinin dəqiq tarixi müəyyən edildi

Yazın gəlməsinin dəqiq tarixi müəyyən edildi

Yazın girməsinin dəqiq tarixi məlum oldu. 

ANN.Az-ın məlumatına görə, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. 

Rəsədxanadan verilən məlumata görə, bahar Azərbaycana martın 20-də saat 20.57-də daxil olacaq. Həmin gün Novruz bayramı axşamı kimi qeyd ediləcək.

Şərqin müxtəlif xalqlarında Yeni Gün bayramı, Ərgənəgün bayramı, Bahar bayramı kimi tanınan Novruz bayramı yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır.

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.

2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM