Yeddi ayda əsas kapitala qoyulan vəsait 2% artıb

13:01 | 13.08.2024
Yeddi ayda əsas kapitala qoyulan vəsait 2% artıb

Yeddi ayda əsas kapitala qoyulan vəsait 2% artıb

2024-cü ilin yeddi ayında ölkədə əsas kapitala 9 milyard 438,7 milyon manat qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 
 
Son yeddi ayda neft-qaz sektoruna investisiyalar 0Ş4 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 2,9 % artıb.
 
Əsas kapitala qoyulan vəsaitin 81,9% daxili investisiyalar təşkil edib.
 
2023-cü ildə Azərbaycanda əsas kapitala 20 milyard 296,6 milyon manat məbləğindn çox vəsait yönəlib. 
 
Müharibədən sonra Qarabağ və Şərqi Zəngəzura 12 milyarda yaxın vəsait xərclənib. 2026-ci ilə qədər bu vəsaitin 32 milyarda çatması gözlənilir. 
 
2022-ci ildə Azərbaycanda əsas kapitala kapital qoyuluşlarının artımı 5,5% təşkil edib.
 
Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti