Yeddi ayda nə qədər sığorta haqqı yığılıb? - Rəsmi

12:28 | 21.08.2024
Yeddi ayda nə qədər sığorta haqqı yığılıb? - Rəsmi

Yeddi ayda nə qədər sığorta haqqı yığılıb? - Rəsmi

2024-cü ilin yeddi ayında Azərbaycanda 833, 581 milyon manat sığorta haqqı toplanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,4% çoxdur. Bu barədə Mərkəzi Bankın məlumatında bildirilib. 
 
Hesabat dövründə sığorta ödənişlərinin həcmi 440, 192 milyon manat olub ki, bu da illik müqayisədə 55,6% artım deməkdir.  
 
2023-cü ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 milyard 222,537 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilə nisbətən 25,9 % çoxdur.
 
Bundan əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Ziya Əliyev bildirib ki, 2024-cü ildə Azərbaycanın sığorta bazarında 10-15 % artım gözlənilir. 
 
Hazırda ölkə ərazisində 17 sığorta şirkəti fəaliyyət göstərir. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti