Yeddi ermənini öldürən Rusiya əsgərinin məhkəməsi başlayır

10:12 | 12.08.2015
Yeddi ermənini öldürən Rusiya əsgərinin məhkəməsi başlayır

Yeddi ermənini öldürən Rusiya əsgərinin məhkəməsi başlayır

Bu gün Rusiyanın 5-ci Hərbi-Qarnizon Məhkəməsi müddətli əsgər Valeri Permyakovu Gümrüdəki 102 saylı bazanın ərazisində mühakimə edəcək.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda məhkəmə məlumat yayıb.

Məhkəmədə bildirilib ki, Rusiyanın Ermənistandakı hərbi bazasında (Gümrüdəki 102 saylı hərbi baza) açıq səyyari məhkəmə keçiriləcək".

Məlumata görə, rusiyalı hərbçiyə qarşı silahı götürüb hərbi hissədən qaçma-fərarilik, oğurluq və qanunsuz odlu silah-sursat daşımaq maddələri əsasında ittiham irəli sürülüb: "İlkin istintaq orqanları müəyyən edib ki, bu il yanvarın 12-də Valeri Permyakov hərbi xidmətdən yayınaraq, silah və sursatla özbaşına xidmət etdiyi yeri tərk edib".

Xatırladaq ki, Valeri Permyakov bu il yanvarın 12-də Gümrüdə bir erməni ailəsinin 7 üzvünün qətlində şübhəli bilinir və bu fakt üzrə Ermənistanın İstintaq Komitəsi ayrıca cinayət işi açıb. Bu işə Ermənistan Məhkəməsində baxılacağı gözlənilir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM