Yəhudi icması Putinə qarşı çıxdı

13:26 | 20.12.2014
Yəhudi icması Putinə qarşı çıxdı

Yəhudi icması Putinə qarşı çıxdı

Çexiyanın yəhudi icması prezident Miloş Zamanın Vladimir Putini ölkəyə dəvət etmək istəyinə qarşı çıxıb. 

Avropa.info xəbər verir ki, dəvət  2015-ci ilin 15 yanvarında Osvensium düşərgəsinin azad edilməsinin 70 illiyinə həsr olunub. 

Yəhudi icması deyib ki, Putinin səfərinin yeri yoxdur. O, beynəlxalq müqavilələri əməl etmir, yad dövlətin ərazisini işğal edir. Siyasi vəziyyəti nəzərə alaraq, Putinin gəlişi düzgün olmayacaq.

Miloş Zeman Rusiya prezidenti ilə yanaşı nasizmlə savaşmış dövlət başçılarını da ölkəyə dəvət edib. Dəvət olunan ölkələr arasında ABŞ, Almaniya, Fransa, Böyük Britaniya var. 

Xatırladaq ki, Çexiya prezident Zeman Vladimir Putinə rəğbətinə görə tez-tez hücumlara məruz qalır. 

Osvensium düşərgəsi 1940-45-ci illərdə mövcud olub. Ehtimala görə burada 1,4 milyon adam ölüb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM