Yəhudilərin müsəlmanlara jesti

16:58 | 24.10.2015
Yəhudilərin müsəlmanlara jesti

Yəhudilərin müsəlmanlara jesti

İsrailin Kfar-Vitkin qəsəbəsində istifadəyə verilən restoran öz qiymət və endirim siyasəti ilə ölkənin məşhur iaşə obyektlərini kölgədə qoyub.

ANS PRESS-in məlumatına görə, bu İsrail restoranına birlikdə gələn ərəb və yəhudilərə qiymətdə 50 faizlik endirim edilir. "Hummus Bar" adlanan restoranın sosial şəbəkələrdəki və şəxsi saytındakı elanı da maraqlıdır: "Bizdə ərəblər yoxdur! Lakin bizdə yəhudilər də yoxdur... Bizdə insanlardır!”

"Hummus Bar"ın sahibi Kobi Zafrir deyir ki, bu kampaniya artıq kifayət qədər uğur əldə edib. Kampaniyadan yararlananlar arasında müxtəlif təbəqələrin insanları, xüsusilə də polislər var. Zafrir endirim aksiyasını on illərdir davam edən Fələstin-İsrail münaqişəsinin həlli yolunda kiçik addım adlandırır.

Ərəb-israil münaqişəsi ötən əsrin ortalarından bu günə qədər müxtəlif səviyyələrdə və intensivlikdə davam edir. Yaxın Şərqdə 1948-ci ildən İsrail dövlətinin yaradılması ilə başlayan müharibə bütün sülh səyləri və atəşkəs müqavilələrinə baxmayaraq bitmək bilmir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM