HƏMAS-ın yeni siyasi lideri keçən il oktyabrın 7-də İsrailə hücumu təşkil etdiyinə görə bu ölkənin əsas hədəfi hesab edilən Yəhya Sinvar müəyyən edilib. Bu barədə Bloomberg xəbər agentliyi məlumat yayıb.
Bloomberg-ə görə, bu təyinat Qəzza zolağında atəşkəs razılaşmasına nail olmağa çalışan İsrail, Amerika Birləşmiş Ştatları və digər ölkələr üçün "itaətsizlik siqnalı” hesab oluna bilər.
"Yalnız bir yer Yəhya Sinvar üçün ayrılıb və o, Məhəmməd əl-Deyf, Mərvan İsa və öldürdüyümüz 7 oktyabr qətliamına görə məsuliyyət daşıyan HƏMAS terrorçularının yanındadır", - İsrail ordusunun sözçüsü Avichai Adrai X hesabında yazıb.
Qəzzadakı Əl-Əzhər Universitetinin siyasi elmlər professoru Mkhaimar Abusada hesab edir ki, bu seçim İsrailə meydan oxumaq deməkdir.
"Bununla HƏMAS demək istəyir ki, əgər siz bir qədər mötədil Haniyəni öldürmüsünüzsə, deməli, burada qrupun başında daha sərt və ekstremist liderimiz duracaq”, - professor bildiribi.
Qeyd olunur ki, Sinvar 2017-ci ildə İsrail həbsxanasından məhbus mübadiləsi müqaviləsi çərçivəsində azad edildikdən 6 il sonra Həmas Siyasi Bürosuna rəhbərlik edib.
Jurnalistlər yazır ki, o, İsraillə daha geniş münaqişəyə hazırlaşmaq üçün qrupun hərbi potensialının gücləndirilməsini vacib sayır.
HƏMAS-ın Siyasi Bürosunun keçmiş rəhbəri İsmayıl Haniyə İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra İsrailin onun Tehrandakı iqamətgahına endirdiyi zərbə nəticəsində öldürülüb.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !