"Ural Hava Yolları” şirkəti gecikmənin səbəbini açıqlamır.
Rusiyanın "Ural Hava Yolları” şirkətinin Yekaterinburq Azərbaycan və Gürcüstana olan bugünkü reyslərində gecikmə olacaq.
"Report”un məlumatına görə, Azərbaycana gələn sərnişinlər Yekaterinburqun "Koltsovo” hava limanında daha 2 saat vaxt keçirəcəklər.
Məlumata görə, Bakıya uçuş 18:50-yə müəyyən edilsə də sonradan bu, 20:00-a dəyişdirilib.
Qeyd edək ki, Batumi və Sankt-Peterburq reyslərində də gecikmələr nəzərdə tutulub.
"Ural Hava Yolları” şirkəti gecikmələrin səbəbini açıqlamır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !