Rəsmlərdəki cazibədarlıq obrazı - FOTOLAR

17:50 | 09.12.2014
Rüstəm Qasımov

Bu yaxınlarda "QGallery" qalereyasında Yelena Haqverdiyevanın şəxsi sərgisinin açılışı baş tutub. Bu sərgidə rəssamın 30-dan çox əl işi təqdim edilib.

Haqverdiyeva  məşhur rəssamdır, onun Fransa, Avstriya, Gürcüstan, Rusiya, Qazaxıstan və başqa ölkələrdə sərgiləri keçirilib, əl işləri isə Azərbaycanın və dünyanın bir çox ölkələrinin muzeylərində, qalereyalarında və şəxsi kolleksiyalarda saxlanılır.

Qalereyada rənglərin harmoniyasının isti abu-havası hökm sürürdü. Mənim diqqətimi Haqverdiyevanın yaradıcılığında əhəmiyyətli yer tutan böyük qadın obrazları cəlb etdi. Onun rəsmlərində əks olunmuş xanımlar bizə keçmişə qayıtmağa, nəfis geyimlərə, orijinal bəzəklərə, qəliz ornamentlərə və dekorun müxtəlif elementləriylə bəzənmiş rəngarəng parçalara tamaşa etməyə imkan verir. Gözəllərin başını fantastik dekorasiyanın davamı olan qeyri-adi baş geyimləri bəzəyir.

ANN.Az xəbər portalı paytaxtımızda keçirilən mədəni tədbirləri diqqətsiz qoymur və məşhur Azərbaycan rəssamı Yelena Haqverdiyevanın şəxsi sərgisindən fotoları diqqətinizə təqdim edir:

ANN.Az
 




























Tərəfdaşların xəbərləri

REKLAM