“Yelo Bank” ASC-nin Yeni baş ofisində keytring və restorant servisinin göstərilməsi məqsədilə açıq tender elan edir

09:54 | 18.05.2021
“Yelo Bank” ASC-nin Yeni baş ofisində keytring və restorant servisinin göstərilməsi məqsədilə açıq tender elan edir

“Yelo Bank” ASC-nin Yeni baş ofisində keytring və restorant servisinin göstərilməsi məqsədilə açıq tender elan edir

"Yelo Bank” ASC-nin Yeni baş ofisində keytring və restorant servisinin göstərilməsi məqsədilə açıq tender elan edir
 
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
 
·      Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
·      Ödəmə qabiliyyəti olmalı;
·      Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
·      Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
·      Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
·      Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı
 
Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir:
 
·      Təqdim ediləcək məhsulun keyfiyyəti
·      Təklif ediləcək məhsulun qiyməti
·      İştirakçı şirkətin bu sahədə təcrübəsi
·      Şirkətlərin və şirkət əməkdaşlarının bu sahədə sahib olduqları sertifikatlar və lisenziyalar
 
 
 
 
 
 
 
 
1.    Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
 
·       Qiymət təklifi (4cu pointdə nəzərdə tutulan menu-ya əsasən təqdim olunmalıdır).
·       İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
·       Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
·       Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahələr üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)
 
 
2.    Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı
 
-       Tender təklifləri 27 May 2021-ci il, Bakı vaxtı ilə saat 12:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına yalnız bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
-       Zərflərin hər küncü möhürlənməlidir.
-       Qiymətlər Azərbaycan manatı ilə qeyd olunmalıdır.
-       Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.
-       Əgər ehtiyac yaranarsa bankın əlaqəli şəxsi ilə əlaqə saxlanılıb bankın mətbəx və restoran ərazisinə bağış keçirilə bilər.
 
3.    Tələb olunan xidmətlər
 
·       Təchizatçı şirkətdən hər hansı bir icarə ödənişi tələb olunmayacaq və qiymət təklifi təqdim olunan zaman bu nüansın nəzərə alınmalıdır.
·       Baş ofisdə mətbəx və mebel avandanlıqları mövcuddur.
·       50 ədəd masa və 200 ədəd stul möcvuddur.
·       Diğər metbəx avadanlıqları ( boşqablar, qaşıqlar, bıcaqlar və bu kimi mallar ) təchizatçı şirkət tərəfindən təmin olunmalıdır.
·       Təchizatçı şirkət yemək hazırlanan və təqdim olunan zaman bütün keyfiyyət standartlarına və gigiyena normalarına əməl etməlidir.
·       Təchizatçı şirkət bütün əməkdaşlarını uniforma ilə təmin etməlidir.
·       İş rejimi həftə işi 5 gün saat 8:30 – 18:30 olması nəzərdə tutulur.
4.    Menu
 
-       Fast Food ( Hamburger, Pizza, Sandwich və.s )
-       Səhər Yeməkləri – kruassan, omlet, rollar, buterbrodlar, puddinglər, smuzi boul, meyve ve s.)
-       Ev yeməkləri ( Qreçka, Düyü, Püre, Makaron, Katlet, Langet, sote, grill )
-       Sağlam Qidalar ( Salat, Sup, buxarda bişmə yeməklər, tərəvəzlər, meyvələr və.s )
-       Ət və balıqlar (Kabablar)
-       Təchizatçı tərəfindən təklif olunan digər yeməklər
-       Şirniyyatlar
-       Kofe maşın
-       İçkilər ( soyuq, isti, kokteyllər (spirtsiz), tebii meyve şirələri )
-       Business Lunch -1 (təchizatçı şirkət tərəfindən təqdim olunmalıdır)
-       Business Lunch -2 (təchizatçı şirkət tərəfindən təqdim olunmalıdır)
-       Business Lunch -3 (təchizatçı şirkət tərəfindən təqdim olunmalıdır)
 
 
5.    Ödəniş və digər şərtlər
 
·      Tender iştirakçıları keyfiyyət və istehsalçı meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər.
·      Tender qalibi tender zamanı təqdim olunan qiymət il ərzində qüvvədə olacaq. Qiymətlər maximum 1.5 faiz dəyişdirilə bilər ancaq zaman mütləq şəkildə əvvəlcədən məlumat verilməlidir və qiymət dəyişikliyi əsaslandırılmalıdır.
·      Müqavilə 1 il ərzində qüvvədə olacaq.
·      Tələb edildikdə iştirakçı müəyyən yeməklər üzrə nümunə təqdim etmək imkanına malik olmalıdır.
·      Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.
 
 
 
6.    Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
 
-       Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
-       Ödəmə qabiliyyəti olmalı;
-       Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
-       Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
-       Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
-       Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı
 
7.    Satınalan təşkilatın ünvanı
 
Bakı ş. Həsənbəy Zərdabi 81K,
Əlaqələndirici şəxs:
Anar Asgarzade
İnzibati və Təchizat departamentinin
Təchizat və satınalma şöbəsinin rəhbəri
+99412 981 daxili 1974
+99455 5056575
[email protected]
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb