Yelo Bank-la mikrokreditləşmədə yeni mərhələ
Hər dəfə biznes kredit almaq üçün banka
getməkdən, gözləməkdən və sənədləşmələrdən yorulmusunuz? O zaman Yelo Bank-ın
təklif etdiyi yenilik sizin üçündür!
Yelo Bank tərəfindən Azərbaycanda ilk
dəfə mikro biznes sahiblərinə kreditlərin karta köçürülməsi imkanı yaradılıb.
Xidmətdən istifadə etmək üçün yalnız bir dəfə banka yaxınlaşaraq kart almağınız
və krediti rəsmiləşdirməyiniz kifayətdir.
Bu yeniliyin ən üstün cəhəti növbəti
kredit məbləğlərini banka gəlmədən, onlayn olaraq, cəmi bir neçə toxunuşa əldə
edə bilməyinizdir. 5 illik unikal mikro biznes kartı bank tərəfindən hədiyyə edilir.
Kart ilə 50 min manatadək məbləği, 36 ay
müddətə əldə edə bilərsiniz.Bununla bərabər Yelo Bank müştərilərinə 12 ayadək
güzəşt müddəti və ödəniş planını öz biznesinə uyğun seçmək imkanı da verir.
Üstünlüklər bununla bitmir. Kreditin
rəsmiləşdirilməsi zamanı şərti girov və ya evə baxış tələb olunmur. Sığorta və
hesabın açılması kimi hər hansı əlavə xərc də yoxdur.
Artıq kredit götürmək üçün filiala
yaxınlaşmaq, sıra gözləyib vaxt itirmənizə ehtiyac qalmayacaq. Dəyərli
vaxtınızı daha səmərəli istifadə edib biznesinizə ayıra biləcəksiz.
Yelo Bank - Parlaq Bankçılıq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !