Sosial layihələrə
xüsusi həssaslıqla yanaşan Yelo Bank Özünüməşğulluq Proqramı çərçivəsində daha
4 vətəndaşı fərdi sahibkarlıqla məşğul olmaq üçün lazım olan avadanlıqlarla təmin edib.
Gənclərimizin
idman və incəsənətə artan marağını nəzərə alaraq, bu istiqamətlər üzrə bizneslərini
qurmağı planlaşdıran iş adamlarına dəstək olmağa qərar verdik.
İdman zalı
açmaq və gənclərimizə sağlam həyat tərzini aşılamaq arzusunda olan Məlikov Araz
və Ağayev Hikməti lazımi avadanlıqlarla təmin etdik. Uzun illərdir idmanla məşğul
olan sahibkarlarımız həyatlarını idmana həsr etmiş insanlardır. Hikmət bəy
idman ustası, Araz bəy isə müharibə veteranıdır.
Dəstək verilən
digər vətəndaşlar İsmayılov Anar və Məmmədova Səbinə incəsənətlə məşğul olur və öz işlərilə həyata
rəng qatırlar. Yelo Bank olaraq, onların işlərini daha da inkişaf etdirməsi
üçün lazım olan alətlər, materiallar və avadanlıqlarla təmin etdik.
Qeyd edək ki,
Özünüməşğulluq Proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi
Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan Memoranduma əsasən
həyata keçirilir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla
məşğul olmaq istəyən və həssas qruplara aid olan vətəndaşlarımız istehsal və ya
xidmət avadanlığı ilə təmin olunur. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini
qurmaqlarına və yaxud mövcud bizneslərini
inkişaf etdirmələrinə dəstək olmaqdır.
Öz növbəmizdə,
bu tip sosial layihələrin reallaşdırılmasının əhəmiyyətini anlayır və hər zaman
sosial proqramlara xüsusi diqqət göstəririk. Özünüməşğulluq proqramına ilk
qoşulanlardan olmaqla yanaşı bu layihənin həyata keçirilməsinə dəstək olmağa
davam edəcəyik.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !