Ruslar erməni məktəbləri üçün aşpazlar hazırlamağa başlayırlar. İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, Moskvadakı Qida Sənayesi İnstitutunun mütəxəssisləri Ermənistanın sərhəd ərazisi olan Tavuş vilayətindəki məktəb aşpazları üçün təlim kursuna başlayıblar.
İlk təlimdə 30 məktəbin aşpazları iştirak ediblər. İnstitut işçisi ermənilərə məktəbliləri qızardılmış yeməklərlə qidalandırmamağı məsləhət görüb. Aşpazlara həm də sanitar normalara da riayət etmək öyrədilir.
Ermənistanda çox şeyin çatmadığı çoxdan hərkəsə bəllidir. Amma mətbəximizi belə utanmadan oğurlayıb, adına çıxmağa cəhd edən, turistlərin ölkələrinə gəlməsi üçün bar-bar bağıran bir yerdə aşpazlar öz işlərini görə bilmirlər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !