Yemelyanenko 7 günlük həbs edildi

22:00 | 22.01.2020
Rusiyanın MMA döyüşçüsü Aleksandr Yemelyanenko 7 günlük həbs edilib.
"Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, idmançı ictimai asayişi pozduğuna görə məhkum edilib. İddianaməyə əsasən, içkili vəziyyətdə olan Yemelyanenko "İdman” istirahət mərkəzində davranışlarına nəzarət edə bilməyib.


İdmançını tutan polis ona qarşı inzibati protokol tərtib edərək xuliqanlığa görə həbs edib.







www.anews.az