Yəmən prezidenti Abd Rabbo Mənsur Hadi istefa verib.
ANN.Az APA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ölkə başçısının müşaviri bildirib.
Bundan bir neçə saat əvvəl hökumət istefaya göndərilməsi ilə bağlı müraciət edib. Məlumata görə, şiə qiyamçıları (husilər) həmçinin prezident Abd Rabbo Mənsur Hadi ilə ölkə konstitusiyasında dəyişikliklərin edilməsinə dair razılığa gəlib. Dəyişikliklər şiə təriqətinin nümayəndələrinin bütün dövlət qurumlarındakı postlarda təmsil olunmasını nəzərdə tutur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !