​Yəmən üsyançıları sülh danışıqları təklif edib

09:28 | 06.04.2015
​Yəmən üsyançıları sülh danışıqları təklif edib

​Yəmən üsyançıları sülh danışıqları təklif edib

Yəmən husiləri Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının aviazərbələrindən dərhal sonra münaqişənin nizamlanması üçün danışıqlar masası arxasına əyləşməyə hazır olduqlarını bildiriblər.

"Report” xəbər verir ki, bu barədə "Reuters”ə husilərin "Ənsar Allah” hərəkatının siyasi bürosunun rəhbəri Saleh əs-Səməd bildirib.

"Bizim təzavüzün dayandırılması və danışıqlar prosesinə başlanılmasından başqa şərtimiz yoxdur”, - deyə Əs-Səməd bildirib.

O, danışıqlar prosesinin televiziya vasitəsi ilə yayımlanmasını təklif edib ki, xalq "kimin münaqişənin həllinə əngəl törətdiyini” bilsin.
Eyni zamanda o qeyd edib ki, husilər prezident Əbd Rəbbi Mənsur Hadinin ölkəyə qayıtmasına qarşıdırlar.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti