Yəmənin hökumət qüvvələri Huti üsyançılarla döyüşdə Aden şəhərindəki beynəlxalq hava limanını ələ keçiriblər.
Mühacirətdə olan hökumət strateji cəhətdən vacib olan bu liman şəhəri ətrafında döyüşlərin davam etdiyini və iyulun 13-dən şəhərə beynəlxalq humanitar yardımın dayandırıldığını bildirir.
Mühacirətdə olan prezident Mansur Hadiyə sadiq qüvvələrin həmçinin Adenin mərkəzi Xormaskar rayonunu ələ keçirdikləri bildirilir.
Associated Pressin məlumata görə, Huti üsyançılar dənizə tərəf sıxışdırılıb.
Hokumət qüvvələrinin sözçüsü Ali al Ahmadi əməliyyatın Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya rəhbərliyi ilə razılaşdırıldığını deyir.
Koalisiya qüvvələri bu ilin martından İranın dəstəklədiyi Huti birləşmələrinin mövqelərini havadan bombalayır.
Şiələrdən ibarət bu qrup ötən ilin sentyabrından paytaxt Sanaa və bir sıra bölgələri ələ keçiriblər. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !