Yəməndə Ədən qubernatoru Əhməd Həmid Lemlesin konvoyuna bombalı hücum olub.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı üç nəfər həyatını itirib, dördü yaralanıb.
Qubernator sui-qəsddən sağ xilas olub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı hələlik rəsmi açıqlama verilməyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !