Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya Yəmənə gizli silah gətirən İran gəmisinin qarşısını alıb.
Koalisiyanın yaydığı məlumata görə, sentyabrın 26-da Oman görfəzində zəbt edilən gəmidə şiə qrupu olan Huti üsyançıları üçün nəzərdə tutulan müxtəlif növ mərmi, raket və digər hərbi avadanlıqlar aşkar edilib.
Məlumata görə gəmidəki 14 heyət üzvünün hamısı İran vətəndaşıdır.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya ötən ilin martından Huti birləşməsinə qarşı mübarizə aparır.
İranın dəstəklədiyi Huti üsyançılar ötən il Yəmənin paytaxtı Sanaa və ölkənin digər şəhərlərini zəbp ediblər.
Son 6 ay ərzində ölkədə gedən döyüşlərdə 5 mindən çox adam ölüb.
Yəmən Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri İranı üsyançıları dəstəkləməkdə ittiham edirlər.
Tehran ittihamı rədd edir. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !