Yenə qar yağacaq

13:42 | 02.04.2014
Yenə qar yağacaq

Yenə qar yağacaq

Sabah ölkə ərazisində küləkli və buludlu hava şəraiti müşahidə ediləcək
Hava yenidən soyuyur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 3-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Axşam bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-5, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM