Yeni ABŞ səfiri Bakıya hansı təlimatla gələcək? - Politoloq

16:47 | 05.12.2014
Yeni ABŞ səfiri Bakıya hansı təlimatla gələcək? - Politoloq

Yeni ABŞ səfiri Bakıya hansı təlimatla gələcək? - Politoloq

Xəbər verdiyimiz kimi ABŞ Senatının Xarici əlaqələr komitəsində bu ölkənin Azərbaycana səfir təyinatı ilə bağlı dinləmə keçirilib. Barak Obamanın təqdim etdiyi Robert Sekuta komitə səsverməsində təsdiq olunub.

ANN.Az xəbər verir ki, məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu sosial şəbəkədə öz fikirlərini bölüşüb. Politoloq bildirib ki, erməniprəst konqresmenlər Metyu Brayzanın başına açdığı oyunu Sekutaya tətbiq etmədilər:

"Robert Sekuta keçmiş səfir Riçard Morninqstar kimi Dövlət Departamentində enerji məsələləri ilə məşğul idi. Morninqstar Bakıdan pərişan ayrıldı, onun "Ukraynadakı "Maydan" hadisəsi Azərbaycanda təkrarlana bilər" sözləri Azərbaycan hakimiyyəti ilə düşmən etdi. Maraqlıdır, bəs Sekuta Bakıya hansı təlimatla gələcək? Onsuz da Azərbaycanda nə bir ABŞ təşkilatı qalıb, nə də əməkdaşlıq yüksək səviyyədədir. Sekutanın iki yolu var: ya hər sahədə aktiv olmaq, ya da günlərini sayaraq Azərbaycanın daxili işlərinə qarışmamaq. Birinci yolu gedərsə, Morninqstarın taleyini, ikinci yola üstünlük verərsə, Eskuderonun taleyini yaşayacaq".

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM