Missiya.Az xəbər verir ki, bu şikayəti baku.ws-ə övladı həmin məktəbdə rus bölməsində təhsil alan validenylər bildiriblər.
Onların sözlərinə görə, sentyabrın 15-də məktəbin rus bölməsinin şagirdləri 3 saat həyətdə günün altında dayandıqdan sonra evə gediblər.
"Buna səbəb həmin məktəbdə rus bölməsinin müəllimlərinin olmamasıdır. Məktəbin direktoru Xatirə Şabanova dedi ki, səbirli olun, rus sektoru üçün müəllim tapmaq çətindir. 2-3 günə müəllimlər gələcək, narahat olmayın”, - deyə şikayətçi valideynlər bildirir.
Valideynlər qeyd edirlər ki, direktor bu sözləri 3 ay bundan əvvəl, məktəb yeni fəaliyyətə başladığı il demişdi.
Qeyd edək ki, 4 nömrəli tam orta məktəbin ötən ilin oktyabr ayında açılışı olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !