Braun və Dyuk universitetlərinin mütəxəssisləri robotların görmə, o cümlədən üçölçülü obyektləri tanımaq qabiliyyətini təkmilləşdirmək üçün üsul təklif ediblər. Alimlər alqoritm üzərində iş barədə "2017 Robotics: Science and Systems Conference” konfransında məlumat veriblər.
anews.az ICTnews-a istinadən bildirir ki, robotlardan insana gündəlik işlərdə kömək üçün istifadəsinə əsas maneə onları üçölçülü obyektləri insanların gördüyü kimi görməyi öyrətməyin çətin olmasındadır:
əşyaları ilk baxışdan, onların qarşısı başqa obyektlərlə qismən örtülsə belə, istənilən rakursdan tanımaq.
Mütəxəssislər alqoritm hazırlayaraq ona təxminən 4 min üçölçülü mebel əşyası modelini öyrədiblər.
Onların hər biri "LEGO” kubiklərini xatırladan həcmli təsvir elementlərindən ibarət olub.
Funksionallığına görə müxtəlif oxşar modelləri müqayisə edən alqoritm onları kateqoriyalara bölərək, məsələn, stul və ya şkafa məxsus xüsusiyyətləri ayırıb.
Məlumata görə, alqoritmin işi yuxarıda qeyd edilən 10 növ mebelin ona tanış olmayan 908 modeli üzərində sınaqdan keçirilib. O, obyektin dərəcəsini 75 faiz dəqiqliklə müəyyənləşdirə bilib.
Tədqiqat müəlliflərinin sözlərinə görə, onlar tərəfindən təklif olunan texnologiya hazırkı mövcud ən yaxşı alqoritmlərlə müqayisədə əşyaları üç dəfə tez tanıyır və az səhvlərə yol verir. Bununla belə, mütəxəssislər qeyd edir ki, alqoritm insan kimi əşyaları görərək müəyyənləşdirməsi üçün çoxlu təkmilləşdirmə işlərinə ehtiyac duyur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !