"AVG" analitik şirkəti "Android" mobil platforması üçün nəzərdə tutulmuş "Android/PowerOffHijack.A" adlı qeyri-adi virus haqda məlumat verib. Bu virus kamera və "GSM" modul daxil olmaqla smartfonun resurslarından istifadə edir.
"ICTnews" elektron xəbər xidməti "hitech.news.ru" saytına istinadən bildirir ki, "AVG" şirkətinin mütəxəssisləri aşkar ediblər ki, zərərli kod vasitəsilə virusa yoluxmuş smartfon sönmür. Virus işin söndürülməsi prosesinə yüklənir, istifadəçiyə müvafiq multiplikasiya göstərir və ekran, vibrasiya və səs siqnallarını deaktiv edir.
Nəticədə istifadəçi əmin olur ki, onun smartfonu sönüb, hərçənd əslində cihaz casus qurğusuna çevrilir: hakerlər məsafədən səsi yaza, fotoşəkillər çəkə, həmçinin mesajlar göndərə bilərlər. Məlumata görə, "Android/PowerOffHijack.A" virusu "Android" platformasının "5.0" aşağı versiyası ilə qurğuları yoluxdurur.
Bununla belə, "AVG" ekspertlərinin qiymətləndirməsinə görə, aşkar edilmiş virus artıq 10 mindən çox qurğunu yoluxdurub. Virusa yoluxmuş qurğuların əksəriyyəti Çinin payına düşür.
"Android/PowerOffHijack.A" virusu antivirus proqramları tərəfindən aşkar edilə bilər, amma "AVG" şirkəti "Android" smartfon sahiblərinə ehtiyat tədbiri kimi məsləhət görürlər ki, yalnız smartfonu söndürmək deyil, həm də batareyanı çıxartmaq lazımdır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !