Türkiyədə keçirilən son bələdiyyı seçkisinin qalibi olmuş, Qaziantep bələdiyyəsinin sədri olmağöa hazırlaşan Fatma Şahinin ictimai nəqliyyatda çəkilmiş şəkli yayılıb.
ANS PRESS-in xəbərinə görə, F. Şahinin tramvayda şəhər sakinləri ilə çəkilmiş fotosu sosial şəbəkədə nümayiş olunur.
Tramvayda dolaşdıqdan sonra şəhərdə gəzən və vətəndaşların problemləri ilə maraqlanan Şahin topdan meyvə satışı bazasında da olub.
Qeyd edək ki, Türkiyənin vilayətlər üzrə 4 qadın bələdiyyə başçısından biri olan Fatma Şahin sabiq ailə və sosial siyasət naziridir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !