Yeni diş fırçası smartfona qoşula biləcək

20:00 | 10.01.2014
Yeni diş fırçası smartfona qoşula biləcək

Yeni diş fırçası smartfona qoşula biləcək

Fransanın "Kolibree" şirkətinin ABŞ-ın Las-Veqas ştatında keçirilən "CES" sərgisində nümayiş etdirdiyi diş fırçasını smartfona qoşmaq olar. Fırça "Bluetooth" texnologiyasını dəstəkləyir və bu da qurğu tərəfindən toplanılmış məlumatları "Android" platforması ilə işləyən smartfona və ya "iPhone"a ötürməyə icazə verir."ICTnews" elektron xəbər xidməti "zhelezyaka.com" saytına istinadən bildirir ki, şirkət nümayəndələrinin sözlərinə görə, fırça dişi diqqətlə və müntəzəm təmizləməyə kömək edəcək: smartfona quraşdırılmış tətbiq toplanılmış informasiyanı qrafik şəklində təqdim edir. Yeni diş fırçasının qiyməti 100-200 dollar təşkil edəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür