Millət vəkili İqbal Ağazadə ictimai-siyasi fəaliyyətinə görə həbs olunan şəxslərin əfv edilməsi üçün prezident İlham Əliyevə müraciət edib.“Qafqazinfo” xəbər verir ki, millət vəkili mayın 28-də verilən əfv sərəncamını yüksək qiymətləndirib:“Bununla yanaşı cəmiyyəti narahat edən bir sıra şəxslərin də əfv olunması gündəmdə idi. İctimai-siyasi fəaliyyətindən dolayı hazırda məhkəmə prosesi keçirilən bir çox şəxslərin də əfv olunması vacibdir. Bu cəmiyyətdə barış siyasəti yaratmaq üçün mühümdür. Xüsusilə İsmayıllı hadisələrinə görə həbs olunanların, NİDA-çıların, Qurban Məmmədovu azadlığa çıxması yaxşı olardı. Təəssüf ki, həll olunmadı. Bu gün yaz sessiyasının sonuncu sessiyasıdır. Amma fövqəladə iclas iyun ayında keçiriləcək. Mən müraciət edirəm ki, ya Amnistiya aktı qəbul olunsun, ya da cənab prezidentə müraciət edilsin, Tərəflərin etimadı üçün bu şəxslərin də azad olunması yaxşı olardı. Bu Azərbaycan cəmiyyətinə ciddi bir stimul verər”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !