Yeni evlənən cütlüyün boğazını kəsdilər

14:00 | 29.06.2014
Yeni evlənən cütlüyün boğazını kəsdilər

Yeni evlənən cütlüyün boğazını kəsdilər

Pakistanda valideynlərinin iradəsinə qarşı çıxıb, ailə qurduqları üçün gənc cütlüyü öldürüblər.

Lent.az-ın məlumatına görə, gəlinin atası, anası, babası və daha iki qohumu iyunun 28-də həbs edilib.

Toy bir neçə həftə öncə Pakistanın şərqində, Pəncab əyalətində olub. 17 yaşlı qız, 31 yaşlı kişiyə ərə gedib. Onların nikahına ailə üzvləri etiraz edib.

Gənc cütlüyü iyunun 26-da gəlinin atası evinə apararaq, əllərini bağlayıb, ardınca boğazlarını üzüblər. 

Mənbə xatırladıb ki, bu ölkədə ailə ənənəvi olaraq, ağsaqqalların razılığı ilə olur. Əks halda onlar valideynlərin iradəsinə qarşı çıxmış sayılırlar. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM