Yeni haker qrup aşkarlandı

17:59 | 14.04.2015
Yeni haker qrup aşkarlandı

Yeni haker qrup aşkarlandı

ABŞ-da fəaliyyət göstərən kiber təhlükəsizliyi şirkəti "FireEye" 10 il gizlin şəkildə fəaliyyət göstərən haker qrupu ortaya çıxarıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bu barədə "FireEye" şirkəti rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, qrup 2004-cü ildən indiyə qədər müxtəlif qəzet redaksiyalarına, insan haqları müdafiəçilərinin sayt və şəxsi emaillərinə, eləcə də digər ictimai-siyasi xadimlərin internet bağlantılarına haker hücumları reallaşdırıblar. Qrup son dərəcə dəqiq və peşəkar fəaliyyət göstərdiyinə görə təsbit edilməyib.

Açıqlamada öz aralarında çincə yazışmaların olduğuna istinad edilərək qrupun Çinlə bağlantısı olduğu bildirilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM