"Yeni hökumət TAP kəmərinin tikintisində qərarlıdır"

00:01 | 24.09.2015

"Yeni hökumət TAP kəmərinin tikintisində qərarlıdır"

 Yunanıstanın yeni hökuməti Azərbaycanın "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsindən hasil olunan qazı Avropaya nəql edəcək Trans-Adriatik boru kəməri (TAP) layihəsini dəstəkləyir və bu layihənin tikintisində qərarlıdır.
 
"Report" Yunanıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə bu ölkənin ətraf mühit və energetika naziri Panos Skurletis bildirib: "Biz TAP layihəsini davam etdirəcəyik".

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz II" çərçivəsində hasil olunan qaz Avropaya nəql olunacaq.

Bu boru kəməri Türkiyə-Yunanıstan sərhəddindəki Kipoi ərasizində TANAP kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq. İlk Azərbaycan qazının 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlində Avropaya çatdırılacağı planlaşdırılır.

TAP layihəsində BP (20%), SOCAR (20%), "Statoil" (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) iştirak edir.

Xatırladaq ki, sentyabrın 20-də Yunanıstanda keçirilən növbədənkənar parlament seçkilərində baş nazir vəzifəsindən istefa verən Aleksis Siprasın "SİRİZA" koalisiyası qalib gəlib. Ötən gün isə Yunanıstan hökumətinin yeni tərkibi məlum olub. Nazirlərin əksəriyyəti A.Siprasın rəhbərlik etdiyi əvvəlki hökumətdə vəzifə tutan şəxslərdir.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM