2014-cü ilin mayında Tailandda hərbi çevriliş baş verib. Yeni konstitusiyanın qəbul edilməsi yeni seçkilərin keçirilməsi və demokratiyaya qayıdış üçün ilkin şərtdir. Yeni konstitusiya layihəsinin 180 gün ərzində işlənib hazırlanması tələb olunur. Milli İslahatlar Şurası tərəfindən təsdiqləndikdən sonra layihə referenduma çıxarılmalıdır.
Rədd edilmiş layihə, ictimaiyyətin fikrincə, onda bir sıra anti-demokratik müddəaların olmasına görə tənqidlərə məruz qalıb. Bura 23 nəfərdən ibarət olan müşahidəçi şuranın yaradılması aiddir ki, həmin şuranın "milli böhran" olacağı təqdirdə seçilmiş hökuməti hakimiyyətdən kənarlaşdırmaq və onun səlahiyyətlərini öz üzərinə götürmək hüququnun olması ictimaiyyətin narazılığına səbəb olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !