Ötən həftə prezident İlham Əliyevin sərəncam ilə Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Qəhrəman oğlu Məmmədov tutduğu vəzifədən azad edilib. Onun yerinə Ziyəddin Əliyev təyin edilib.
AzVision.az-ın əldə etdiyi məlumata görə, Qubanın yeni icra başçısı Z.Əliyev bu vəzifəyədək "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin Bakı 2 №-li Yol İstismarı MMC-nin rəhbəri olub.
Yeni icra başçısı artıb kollektivə təqdim olunub və yeni vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Z.Əliyev prezidentin 20 fevral 2017-ci il tarixli sərəncamı ilə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə "Əməkdar mühəndis” fəxri adına layiq görülüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !