Mənbə yeni rəhbərin adının Maqomed Cəlilov olduğunu bildirib.
O, milliyətcə azərbaycanlıdır, Dərbənd rayonunun Rukel kəndində doğulub. Cəlilovun bundan öncə Dərbənd şəhər milis idarəsinin rəisi vəzifəsində çalışıb. Mənbəmiz həmçinin Cəlilovun da Abdulatipovun adamı olduğunu bildirib. Deyildiyinə görə, prezident məhz onun vasitəsilə bölgədə nəzarəti tam təmin etməyi planlaşdırır. Qeyd edək ki, Dərbəndin rəhbəri vəzifəsini müvəqqəti icra edən Yəhya Hacıyev bir müddət öncə vəzifəsindən azad edilmişdi.
O bu vəzifədə sabiq rəhbər Qurban Qurbanovu əvəz etmişdi. Həmin vədə şəhərə təcili səfər edən Dağıstan Prezident Administrasiyasının rəhbəri Ramazan Əliyev Hacıyevi bu vəzifəyə təyin etmiş və üstəlik Qurbanovun bütün dayaqlarını rəhbərlikdən uzaqlaşdırmağı bacarmışdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !