Yeni icra hakimiyyəti başçısı təyin olunub

15:30 | 26.04.2015
Yeni icra hakimiyyəti başçısı təyin olunub

Yeni icra hakimiyyəti başçısı təyin olunub

Bir müddət öncə vəzifəsindən azad edilən Zərdab Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Allahverdi Səfərovun yerinə təyinat olub. 


"Qafqazinfo” zerdab.com-a istinadən xəbər verir ki, bu vəzifəyə Rəhman Feyzullayev təyin olunub.

Rəhman Feyzullayev buna qədər Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışırdı. Rəhman Feyzullayev artıq yeni vəzifədə rayonda görüşlərə də başlayıb.

Xatırladaq ki, A. Səfərovun oğlu Ceyhun Səfərov bu il martın 22-də saat 16.00 radələrində sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim etmə tələbinə tabe olmaqdan imtina etdiyinə görə saxlanılmışdı. Zərdab Rayon Məhkəməsi tərəfindən C. Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilmişdi. Bu hadisədən sonra onun atası – Zərdab Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Allahverdi Səfərov vəzifəsindən azad edilmişdi.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM