Yeni İl ərəfəsində AZAL-dan Avropaya uçuş endirimləri

19:13 | 24.12.2013
Yeni İl ərəfəsində AZAL-dan Avropaya uçuş endirimləri

Yeni İl ərəfəsində AZAL-dan Avropaya uçuş endirimləri

Bakıdan London, Milan, Roma, Paris, Praqaya cəmi 199 avro.“Azərbaycan Hava Yolları” QSC Yeni İl bayramı ilə əlaqədar xüsusi endirim aksiyasına başlayıb.AZAL-dan ANN.Az-a verilən məlumata görə,  Avropaya “ora və geriyə” aksiyası çərçivəsində Bakıdan London, Milan, Roma, Paris, Praqaya cəmi 199 avroya gedib-gəlmək mümkündür.Məlumata görə, bu qiymətə yığım və rüsumlar daxil deyil, aksiyanın biletlərini 25-31 dekabr tarixlərində əldə etmək mümkündür. Uçuşlar isə 2014-cü il yanvarın 15-dən fevralın 28-dək həyata keçirilməlidir.Qeyd edək ki, aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir.Əlavə edək ki, dekabrın 25-dən etibarən “Azərbaycan Hava Yolları” QSC-nin (Azal) beynəlxalq uçuşlarında əl yükünün daşınması normasında dəyişiklik həyata keçiriləcək.QSC-dən verilən məlumata görə, dəyişikliklər nəticəsində “ekonom” sinifli sərnişinlər üçün əl yükünün təyyarə salonuna keçirilməsinə icazə verilən çəkisi 5 kq-dan 8 kq-dək, “biznes” sinfi sərnişinləri üçün isə 10 kq-dan 15 kq-dək artırılır (2 yer).Qeyd edək ki, sərnişinlərin əl yüklərinin (baqajlarının) ölçüləri icazə verilən 115 sm (55x20x40) ölçülərdən artıq olmamalıdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM