Yeni İldə Bakıda hava necə olacaq?

12:23 | 25.12.2013
Yeni İldə Bakıda hava necə olacaq?

Yeni İldə Bakıda hava necə olacaq?

Bakıda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramında mülayim hava şəraiti gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, ilkin proqnozlara əsasən, dekabrın 31-də və yanvarın 1-də Bakıda və Abşeron yarımadasında qar yağacağı gözlənilmir. Həmin günlərdə Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.Temperatur rejiminin bu günlərdəki kimi olacağı gözlənilir. Hazırda Bakıda və Abşeron yarımadasında havanın temperaturu 6-11 dərəcə istidir.Ümumilikdə son 31 il ərzində Bakıda 31 dekabr və 1 yanvar günündə qar 2 dəfə yağıb. 2006-cı ildə gün ərzində, 2008-ci ildə isə dekabrın 31-dən 2009-cu ilin 1 yanvar tarixinə keçən gecə qar yağıb.Digər illərdə isə həmin günlərdə Bakıda hava yağmursuz, bəzi illərdə isə yağışlı olub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb