Yeni İli liftdə qarşıladı

17:23 | 01.01.2014
Yeni İli liftdə qarşıladı

Yeni İli liftdə qarşıladı

Bakıda bir nəfər Yeni ili liftdə qarşılayıb.

 

ANN.Az-ın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin  qaynar xəttinə Bakının Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində bir nəfərin qalması barədə məlumat daxil olub.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

 

Araşdırma zamanı liftin texniki nasazlıq üzündən ikinci mərtəbədə dayandığı məlum olub.

 

Xilasedicilərin köməyi ilə liftdə qalan şəxs saat 00:23-də lifdən çıxarılıb. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM