ANN.Az xarici ölkı mediasına istinadən xəbər verir ki, Divan adından verilən açıqlamada "bütün dünya müsəlmanlarına başsağlığı" verilib və ölkənin yeni kralınını kim olması ilə bağlı məsələyə aydınlıq gətirilib.
Divanın açıqlamasında o da qeyd olunub ki, dəfn mərasimi bu gün ikinci namazından sonra Riyadda baş tutacaq.
Ötən ay monarxda sətəlcəm aşkarlanmışdı və o xəstəxanaya yerləşdirilmişdi. Kral Ər-Riyadın klinikalarından birində tibbi yoxlamadan keçmişdi.
Yanvarın əvvəlində onu, "ağ ciyər infeksiyası” diaqnozu ilə evə buraxsalar da, nəfəs almanı asanlaşdırmaq üçün boğazına xüsusi boru yeridilmişdi. Son dörd ildə kral onurğasında bir neçə cərrahiyyə əməliyyatı da keçirmişdi.
Abdulla dünyanın ən güclü monarxlarından biri hesab olnurdu. O, ilk səudiyyə Kralı II Əbdül-Əzizin ailəsində dünyaya göz açmış, Məkkənin meri, milli qvardiyanın komandanı, baş nazirin birinci müavini vəzifələrini tutmuşdu. 2005-ci ildən o, taxt-tacda vəfat etmiş qardaşı Fəhdi əvəzləmişdi.
İndi Kral Abdullanın xələfinin kim olacağı maraqla gözlənilir. Divanın açıqlamasında yerli qanunlara görə, vəliəhd şahzadə Salman bin Əbdü-Əziz əl -Səudun taxta gətirildiyi elan olunub. Onun varisi isə qardaşı Mukrin bin Əbdü-Əziz təyin edilib.
Salman ibn Əbdü-Əziz əl-Səudin özü 2012-ci il iyunun 18-də taxt-tacın varisi elan olunub. Onun əvvəlki vəzifəsi Səudiyyə Ərəbistanının müdafiə naziri idi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !