Yeni kralın hakimiyyətə gəlməsi neftin qiymətinə təsir etməyəcək - Ekspert

21:27 | 23.01.2015
Yeni kralın hakimiyyətə gəlməsi neftin qiymətinə təsir etməyəcək - Ekspert

Yeni kralın hakimiyyətə gəlməsi neftin qiymətinə təsir etməyəcək - Ekspert

İqtisadçılar hesab edirlər ki, Səudiyyə Ərəbistanında yeni kralın hakimiyyətə gəlməsi dünya bazarındakı neftin qiymətinə təsir göstərməyəcək.

"Səudiyyə Ərəbistanı kralının vəfatı dünya bazarındakı neftin qiymətinin kəskin şəkildə artmasına təkan verəcəkmi? Xeyr, lakin bu kimi tendensiyalar mövcuddur. Dünya neft bazarı bu hadisəyə qiymətlərin qalxması ilə reksiya verdi, çünki Səudiyyə Ərəbistanının siyasətində qeyri-müəyyənlik dövrü ola bilər"

ANN.Az "Report"a istinadən xəbər verir ki, bunu "Siyasi ekspertlər qrupunun" rəhbəri, politoloq Konstantin Kalaçov bildirib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının yeni kralı, 79 yaşlı şahzadə Salman ibn Əbdüləziz Al Səud böyük ehtimalla keçmiş kralın siyasi xəttini davam etdirəcək: "Siyasi kursun dəyişilməsi baş verməyəcək".

"OPEK-in möhkəm olmaması və burada neft hasilatının azaldılmasının mümkünlüyü, həmçinin texniki çətinliklər qiymətin korrektə edilməsini çətinləşdirdi. Dünya bazarına neftin çıxarılmasının azaldılması koordinasiya olunmuş şəkildə baş tutmadı. Burada da əsas rolu Səudiyyə Ərəbistanı oynadı"- K.Kalaçov bildirib.

Eksprt qeyd edib ki, dünya neft bazarındakı vəziyyət Səudiyyə Ərəbistanının şist neft mövzusunun uzun bir müddətə tamamilə "qapatması" istəyindən irəli gəlir.

K.Kalaçov deyib ki, 2008-ci ildə ABŞ-da gündəlik 5 mln. barrel neft hasil olunurdu və şist neft istehsalının hesabına bu rəqəmi iki dəfə artırdı.

"ABŞ ikinci Səudiyyə Ərəbistanı elan olunmuşdu, ölkə dünyada ən iri neft istehsalçısı və ixrac edən ölkələrdən biri olmalı idi. Səudiyyə Ərəbistanı və ABŞ müttəfiqdir, lakin onların iqtisadi maraqları müxtəlifdir" - ekspert belə deyib.

O hesab edir ki, səudiyyəlilərin bu kursu sırf iqtisadi baxımdan dəyişilməz qalacaq: "Lakin neft bir qədər, yəni 50-60 dollara qədər bahalaşa bilər".

Eyni zamanda Rusiyanın Qloballaşma və Sosial Hərəkatlar İnstitunun İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, ekspert Vasili Koltaşov da hesab edir ki, Səudiyyə Ərəbistanında yeni kralın hakimiyyətə gəlməsi dünya bazarındakı neftin qiymətinə təsir göstərməyəcək.

Ekspert əlavə edib ki, səudiyyəlilər hazırda neftin qiymətinin deyil, dünya bazarındakı payının vacib olduğunu yaxşı başa düşürlər.

"Onların mövqeləri daha güclüdür. Xeyli ehtiyatlar toplanılıb, ixraca yönəlmiş Amerika iqtisadiyyatı ilə sıx bağlılığı var. Ona görə də kralın dəyişilməsi heç nəyi dəyişməyəcək. Əlbəttə ki, əgər yeni kral hansısa səhvlərə yol verməsə. Hesab edirəm ki, onu daha çox daxili problemlər narahat edəcək, çünki insanlar islahatlar gözləyirlər" - V.Koltaşov deyib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM