Yeni kralın qərarı birjalara ciddi təsir etdi

18:13 | 26.01.2015
Yeni kralın qərarı birjalara ciddi təsir etdi

Yeni kralın qərarı birjalara ciddi təsir etdi

Səudiyyə Ərəbistanının kralı Salman ibn Abdul Əziz Əl Səudun qərarı dünya birjalarına ciddi təsir göstərib.

ANN.Az Milli.az-a istinadən xəbər verir ki, yeni kral "qara qızılın" istehsal həcminin saxlanılması barədə qərar qəbul edib. Bu qərar bu gün dünya birjalarında neftin qiymətinin aşağı düşməsi ilə nəticələnib.

Brent marqalı neftin qiyməti 0,51 dollar ucuzlaşaraq 1 barreli 48,28 dollar olub.

Xatırladaq ki, Səudiyyə Ərəbistanın 6-cı kralı Abdulla ötən həftə 91 yaşında dünyasını dəyişib. Onun taxt-taxı qardaşı Salmana keçib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM