Açılış günləri dəqiqləşib.
Bakı Metropoliteninin “Avtovağzal” və “Memar Əcəmi -2” stansiyalarında tikinti işləri başa çatır.
Bu haqda məlumatı Bakı Metropoliten İdarəsindən veriblər.
Məlumata əsasən öncədən yeni stansiyaları cari ilin iyun ayında istismara vermək planlaşdırılırdı.
“İşlər qrafikdə nəzərdə tutulduğundan daha sürətli getdiyi üçün, stansiyaları may ayının 10-da ümummilli lider Heydər Əliyevin ad günündə təhvil vermək planlaşdırılır” – deyə, idarədən bildiriblər.
Hal-hazırda Metro İdarəsində yeni qatar - “Oka”-nın alınmasına dair fəal danışıqlar gedir.
Oxu.az
Bizi sosial şəbəkələrdə izləyin !