Yeni Milli Şura yarandı

16:15 | 23.07.2014
Yeni Milli Şura yarandı

Yeni Milli Şura yarandı

İyulun 23-də Ukrayna prezidenti Pyotr Poroşenko Milli İslahat Şurasının yaradılmasına sərəncam verib. “Media forum” saytı bildirir ki, prezident yanında məşvərət-məsləhət statuslu yeni qurumun əsas işi ölkədə islahatlara dair təkliflər hazırlamaq olacaq.
Milli İslahatlar Şurasına prezident sədrlik edəcək. Quruma Ali Radanın sədri (öz razılığı ilə), baş nazir, nazirlər (baş nazirin razılığı ilə), Milli Bankın sədri, Ali Radanın komitə sədrləri, ictimai birliklərdən 4 nümayəndə, Məşvərətçi İslahat Şurasının rəhbəri daxil olur.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM