Rusiyanın "UTair” şirkəti payızda Moskva-Bakı marşrutu üzrə uçuşları bərpa etmək niyyətindədir.
Trend xəbər verir ki, bu barədə "Travel.ru” portalı məlumat verir.
Aviaşirkətin təyyarələri sentyabrın 7-dən başlayaraq hər gün reyslər həyata keçirəcək.
Moskvadan ("Vnukovo” aeroportu) uçuş – 10:30-da, Bakıya eniş – 15:30-da, Bakıdan uçuş – 16:30-da, Mokvaya eniş – 17:30-da olacaq.
Birtərəfli biletin minimal qiyməti 10845 rubl (170,27 manat), gediş-gəliş biletin isə 23512 rubl (369,14 manat) təşkil edəcək.
Uçuşa "Boeing 737” təyyarəsi buraxılacaq.
Xatırladaq ki, bu marşrut üzrə 2008-ci ildən uçuşlar həyata keçirən "UTair” 2014-cü ildə marşrutu bağlamışdı.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !