NATO tərəfdaş ölkələri nümayəndə heyətlərinin sayını 30 nəfərədək azaltmağa qərar verib.
ANS PRESS-in məlumatına görə, təşkilatın nümayəndəsi bildirib ki, bu təlimat bütün tərəfdaş ölkələrə tətbiq edilir. NATO heç bir ölkə üçün seçim etmir və nümayəndə heyətlərinin yenidən akkreditasiyasına başlanılacaq.
NATO-da bu tələbi tərəfdaşların artan sayı və münasibətlərə nəzarət etmək üçün problemlərin çoxalması ilə əlaqələndiriblər. Nümayəndə heyətləri 2015-ci ilin sonunafək ştat cədvəlini azaltmalıdır.
Rusiya Xarici İşlər Nazirliyindən NATO-nun bu qərarına reaksiya gecikməyib. XİN rəhbərinin müavini Aleksey Meşkov bunu "qəribə hal" adlandırıb: "Bundan soyuq müharibə dövrünün güclü qoxusu gəlir".
Xatırladaq ki, Rusiyanın NATO-dakı 50 nəfərlik heyətin 30-dək azaldılmasına qərar verilib. Buna səbəb guya Rusiya nümayəndə heyətində kəşfiyyat orqanları əməkdaşlarının işləməsi göstərilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !