Azərbaycanda vergi ödəyiciləri 2024-cü il yanvarın 1-nə 95,741 min ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırıb. Keçən ili noyabrında 798 ədədə qarşı dekabrda kassa aparatlarının sayı 923 ədəd olub. Bu barədə Dövlət Vergi Xidməti (DSX) məlumat verib.
"2023-cü ildə onlar üzrə dövriyyə təqribən 22 milyard manat təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 14,2% çoxdur”, - xidmətdən bildirilib.
2022-ci ildə kassa aparatlarının dövriyyəsi 19,5 milyard manat təşkil edib ki bu da 2021-ci ilin göstəricisindən 26,6% çoxdur.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !